YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq inkişaf edir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində Müstəqil Dövlətlər Birliyi dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil olmasına dair qərar qəbul olunmuşdur.

Müstəqil Dövlətlər Birliyinin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyi çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır. Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında Müstəqil Dövlətlər Birliyi azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamamışdır.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan Müstəqil Dövlətlər Birliyi heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan Müstəqil Dövlətlər Birliyi daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev də ölkəmizin təşkilat çərçivəsində səmərəli fəaliyyıtindən bəhs etdi. Ölkə başçısı bildirdi ki,  Azərbaycan Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək. Ümumiyyətlə, iqtisadi əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. İqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan növbəti dəfə nüfuzlu beynəlxalq tədbir olan üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyi dəstəklənib. Üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq.