YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər reallığa çevirildi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırılması ilə 20 il öncə qarşıya qoyulmuş bütün hədəflər reallığa çevirildi. 15 oktyabr 2003-cü ildə Prezident seçilmiş İlham Əliyev xalqımıza müraciət edərək Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını daim müdafiə edəcəyini  və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. Dövlət başçısı iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayandan etibarən Azərbaycan xalqını müqəddəs Qələbəyə kökləyirdi. Bu Qələbə özündə şanlı Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmasını özündə ehtiva edirdi.  

Bu 20 il ərzində Azərbaycan dünya miqyasında güclü dövlət olaraq formalaşdı. Azərbaycan qlobal və regional səviyyədə bir çox strateji əhəmiyyətli  təşəbbüslərin müəllifidir. Ermənistan-Azərbaycan münaqişəsini həlli güclü bir siyasi və hüquqi zəmin yardılmasını tələb edirdi. Güclü iqtisadiyyat olmadan bunları etmək qeyri mümkün olardı. Azərbaycanın güclü iqtisadi potensialını yaradan məhz Prezident İlham Əliyev olmuşdur. Son 20 ildə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb. Güclü iqtisadiyat və güclü ordu sarsılmaz müstəqilliyinin əsas komponentləridir.

Ali Baş Komandanın rəhbərliyi altında güclü və qalib orduya çevirilən Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Həm Vətən müharibəsi dövründə, həm də antiterror əməliyyatları zamanı şanlı ordumuz bizim gücümüzü düşmənin başını əzməklə göstərdi və yenilmiş düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Belə güclü ordu və şücaət yalnız Prezident İlham Əliyevin müzəffər sərkərdəliyi altında mövcud ola bilərdi.

100 illiyini qeyd etdiyimiz, müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər “Heydər Əliyev İli”ndə bu gün bayrağımız Xankəndidə dalğalanır. Prezident İlham Əliyev Xankəndidə 3 rəngli şanlı bayrağımızı ucaltmaqla Azərbaycan xalqına xoşbəxt və şərəfli tarixi anı yaşatdı. Bu Qələbə gələcək nəsillər boyu xalqımızın əbədi yaddaşına həkk olunacaq.

Bütöv, tam suveren və xalqı qarşısında verdiyi sözə sadiq, müzəffər Prezidenti olan Azərbaycanın vətəndaşı olmaq qürurlu, şərəfli və məsuliyyətlidir. Xalqımıza qələbəli olmaq yaraşır.