YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zirvələrə doğru

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri              
Oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və heç vaxt unudulmayacaq. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalandı, şəhərin inzibati binasının üzərinə isə gerbimiz həkk edildi. Bu, Azərbaycan üçün son iki əsrin ən böyük qələbəsidir.

Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. Bütün çıxışlarında “Qarabağ Azərbaycandır!” – deyən, Prezident İlham Əliyev onu gerçəkliyə çevirdi. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı Qarabağda dalğalandırdı. Dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq.

Bütün bunlarla yanaşı, ölkə daxilində həyata keçirilən mütərəqqi sosial-iqtisadi islahatlar Azərbaycanda sürətli inkişafa real zəmin yaradıb. Məhz bu səbəbdəndir ki, Azərbaycan dünyanı bürüyən qlobal iqtisadi böhranlardan hər zaman ən az itki ilə çıxan ölkə olub. Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan Prezidentinin müstəqil xarici siyasəti dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanır və qəbul edilir. Təsadüfi deyil ki, respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, aparıcı siyasi, iqtisadi və humanitar dairələrlə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb.

Bütövlükdə isə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır. Əlamətdar haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir.

Həyata keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri vəd edir. Əminik ki, bundan sonrakı inkişaf mərhələsində də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atacaq.

DİGƏR Xəbərlər Arxiv