YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa verilən bütün vədlər yerinə yetirilib

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin ölkə iqtisadiyatında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi böyük layihələr Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə təkan verdi. Cənab İlham Əliyev dövlət büdcəsini neft asılılığından azad etdi. Qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, gəlirləri xarici borcları dəfələrlə üstələyir. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan artıq kredit alan yox, digər dövlətlərə kredit verən bir dövlətə çevrilmişdir.

Azərbaycanda elə bir sahə yoxdur ki, inkişaf etdirilməsin. Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev gənclərin sağlamlığına, təlim-tərbiyəsinə böyük diqqət ayırdı. Gənclərimiz sağlam olmaqla yanaşı beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməklə ölkəmizi tanıtdırırlar. Ölkə başçımız hər zaman Azərbaycanlı gənclərə inandığını bildirir. Bu gün gənc, istedadlı demokratik düşüncəli gənclərimizə böyük etimad göstərilir, onlar dövlət idarəçiliyində, icra orqanları strukturlarında rəhbər vəzifələrə təyin olunurlar.

Prezident İlham Əliyev ölkəmizdə yaratdığı müasir nəqliyyat, logistika, infrastrukturu sayəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağının mərkəzinə çevrilmişdir. Şərqlə Qərbi birləşdirən bu orta nəqliyyat dəhlizinə bir çox Avropa və Asiya dövlətləri böyük maraq göstərir. Artıq bu marşrut xətlərilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu da tranzit ölkə olaraq Azərbaycan iqtisadiyatına böyük gəlir gətirməklə yanaşı Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu artırır. Prezident İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır.

Cənab İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Siyasi plüralizmin dəstəklənməsi çoxpartiyalı sistemin inkişafı ölkəmizdə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Prezident İlham Əliyevin daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Prezident İlham Əliyevin yeritdiyi müstəqil, balanslaşdırılmış siyasəti  nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın müstəqill parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxtəlif siyasi partiyalar qanunverici orqanın rəhbərliyində təmsil olundu. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifələrinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişdilər. Prezident İlham Əliyev ölkədə siyasi plüralizmin inkişafına böyük dəstək göstərir.

Prezident İlham Əliyev bütün dünya Azərbaycanlarının qürur duyduğu Azərbaycan adlı güclü bir dövlət yaratdı. Prezident İlham Əliyevin güclü  lider olması da sübut olunub. Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar.

Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır. 30 il işğal altında olan torpaqlarımız xalqa verdiyi bütün vədləri yerinə yetirib İlham Əliyevin  müdrik və qətiyyətli siyasəti nəticəsində işğaldan azad edildi. Cənab İlham Əliyev ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi cənab İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir.

Bu gün Azərbaycan cənab İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. Prezident İlham  Əliyev Azərbaycanda yaşayan bütün millətləri bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dinindən, dilindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir.

Cənab Prezident ölkənin iqtisadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artmışdır. Prezident İlham Əliyev Azərbaycanda "neft kapitalını" " insan kapitalına" çevrilməsinə dair strateji nəzəriyyə yaratdı. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir.  Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanmışdır. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Prezident İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır. Prezident hər zaman Ermənistanla müharibəyə hazır olmalıyıq fikrini səsləndirirdi. Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü. Bu səbəbdən cənab İlham Əliyev All Baş Komandan olaraq Azərbaycanda güclü, müasir ordu yaratdı. Bu ordu özləri üçün "məğlubedilməz ordu" imici yaratmış erməni ordusunu 44 günə darmadağın etdi. Prezident İlham  Əliyevin bacarıqlı sərkərdə olması ilə də çox qürur duyuruq.

Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.  Bu gün YAP regionda ən güclü və nüfuzlu partiyaya çevrilmişdi. YAP ın 85 yerli təşkilatı, 760 mindən çox üzvü var.  YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Bu vətəndaşlarımızın YAPa və onun sədri cənab İlham Əliyevə olan etimadının göstəricidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaqdadır. Artıq keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına mərhələli şəkildə dönməkdədir. Müharibə bitəndən bugünədək bərpa və yenidənqurma işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Növbəti il üçün daha 2 milyard ABŞ dolları həcmində vəsait ayrılacaq. 2023-cü il aprelin 23-də Laçın istiqamətində nəzarət buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Lakin Ermənistan dövlətinə və Qarabağda qalan separatçılara məxsus silahlı dəstələr Azərbaycan hərbiçilərinə və mülki şəxslərimizə qarşı terror aktları törətməkdə davam edirdilər. Bu il sentyabrın 19- da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi. Ermənistana və separatçılara məxsus silahlı qüvvələr 24 saat belə Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədi və təslim olduqlarını bildirdilər. Bununla da Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, xunta rejiminin Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş rəhbərləri həbs edilərək Bakıya gətirildi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha yüksək zirvələr fəth edəcək və böyük uğurlara imza atacaq.