Xəbərlər
Prezident İlham Əliyev Elçin Hüseynlinin Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elçin Nəriman oğlu Hüseynlinin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.