YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik və inkişaf mərhələsi

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümü münasibətilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “H.Cavid pr.33A” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov, “H.Cavid pr.33A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov və şəhid anası Rəhilə Mustafayeva bildiriblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının ən ağır günlərində hakimiyyətə gələrək ölkəmizin dağılmaq təhlükəsini aradan qaldırdı. Qeyd olunub ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Bu gün ölkəmizin Ümummilli Liderin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində dayanmadan inkişaf etdiyi xüsusi vurğulanıb.

Sonda YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.