YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşa gedən yolun başlanğıcı

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

“Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir.” Da­hi şəx­siy­yət Heydər Əliyev, eyni zamanda. belə bir çağırışı da diqqətə çatdırmışdır ki,  müs­tə­qil­li­yi qa­zan­maq nə qə­dər çə­tin­dir­sə, onu qo­ru­yub sax­la­maq ondan da  çə­tin­dir.

Təbii ki, Azərbaycanın bugününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu, daha dəqiq desək, bugünümüz üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

1993-cü il oktyabrın 3-də keçirilən  prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Pezident seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin  Azərbaycanın bu günü üçün gördüyü işlərin əsasında Onun uzaqgörənliyi, Vətəninə, xalqına bağlılığı dayanırdı.  Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqilliyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki,  Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin Ümummilli Liderin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımlar bugünümüzə və gələcəyimizə hesablanmışdı.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də  Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir. Bunlardan biri  dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən qərar-31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsidir. Ulu Öndərin Naxçıvan fəaliyyətindən bəhs edərkən bu gün ölkəmizin həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. 1992-ci il 21 noyabr tarixində təsis konfransını  Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin həyatında yeni mərhələ başlandı.  Partiyanın yaradılmasından çox keçmədi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.

Bu ta­ri­xi pa­ra­lel daim xal­qı­mız tə­rə­fin­dən apa­rı­lır ki, Ümum­mil­li Li­der Hey­dər Əli­yev ne­cə ha­ki­miy­yə­ti­nin bi­rin­ci döv­rün­də Azər­bay­canı keç­miş İt­ti­fa­qın ge­ri­də qal­mış öl­kə­sin­dən ən qa­baq­cıl öl­kə­si­nə çevir­di, elə­cə də 1993-cü il­də ha­ki­miy­yə­tə qa­yı­dı­şı ilə Azər­bay­ca­nı ye­ni­dən qur­du.  Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi.  Ulu Ön­də­rin uzaq­gö­rən si­ya­sə­ti­nin nə­ti­cə­si ola­raq iq­ti­sa­diy­ya­tı­mı­zın in­ki­şa­fın­da neft ami­li­nə yük­sək də­yər ve­ril­di, ma­lik ol­du­ğu­muz tə­bii re­sur­s­lar­dan sə­mə­rə­li is­ti­fa­də et­mək məq­sə­di­lə gər­gin səy­lə­rin nə­ti­cə­sin­də 1994-cü il 20 sen­t­yabr ta­ri­xin­də "Əs­rin mü­qa­vi­lə­si" im­za­lan­dı. Bu­nun­la da Azər­bay­ca­nın iq­ti­sa­di müs­tə­qil­li­yi­nin əsa­sı qo­yul­du, si­ya­si müs­tə­qil­lik üçün möh­kəm tə­məl for­ma­laş­dı. "Əs­rin mü­qa­vi­lə­si"nin əhə­miy­yə­tin­dən bəhs edər­kən onun iq­ti­sa­di tə­rə­fi ilə ya­na­şı, si­ya­si əhə­miy­yə­ti da­ha çox təh­lil edi­lir. Çün­ki bu sa­ziş Azər­bay­ca­na ina­mı ar­tır­dı, eti­bar­lı tə­rəf­daş ki­mi nü­fuz qa­zan­ma­sın­da mü­hüm rol oy­na­dı.

Ulu Öndər Heydər Əliyev  Azər­bay­can­da de­mok­ra­tik cə­miy­yə­tin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­lar at­dı. O, mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü,  insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki,  məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması,  ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. 1995-ci il 12 no­yab­r­da ümum­xalq səs­ver­mə­si yo­lu ilə qə­bul olu­nan mil­li Kon­s­ti­tu­si­ya­mız döv­lət­çi­li­yi­mi­zin əsas­la­rı­nın ya­ra­dıl­ma­sın­da əsas rol oy­na­dı.

Da­hi şəx­siy­yə­tin Azər­bay­can döv­lə­ti qar­şı­sın­da xid­mət­lə­rin­dən bəhs edər­kən onun müs­tə­qil döv­lət ki­mi bey­nəl­xalq aləm­də ye­ri və ro­lu­nun möh­kəm­lən­mə­si is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lə­ri, bö­yük səy­lə­ri nə­ti­cə­sin­də Azər­bay­ca­nın ət­ra­fın­da ya­ra­dı­lan in­for­ma­si­ya blo­ka­da­sı­nın yarıl­ma­sı­nı xü­su­si qeyd et­mə­li­yik. Ümum­mil­li Li­derin hazırda  tarixə qovuşan  Qa­ra­bağ münaqişəsi ilə bağlı  hə­qi­qət­lə­rin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasında mühüm rol oynadı.  Bir da­ha dün­ya­ya sü­but edil­di ki, Azər­bay­can müs­tə­qil döv­lət­dir, bey­nəl­xalq sə­viy­yə­də ta­nı­nan əra­zi­lə­ri­nin ge­ri qay­ta­rıl­ma­sı, əra­zi bü­töv­lü­yü­nün bər­pa­sı üçün bü­tün im­kan­lar­dan is­ti­fa­də edə­cək. Ulu Ön­dər Hey­dər Əli­yev, ey­ni za­man­da, "Sülh da­nı­şıq­la­rı­nı cə­sa­rət­lə apar­maq üçün güc­lü or­dun ol­ma­lı­dır" te­zi­si­ni önə çə­kə­rək or­du qu­ru­cu­lu­ğu sa­hə­sin­də önəm­li ad­dım­lar at­dı.

Bu ümu­mi­ləş­dir­mə­ni apa­ra bi­lə­rik ki, Ümum­mil­li Li­der ye­ni, müa­sir Azər­bay­ca­nı qur­du. O, "Mə­nim üçün hər şey­dən əziz mə­nim xal­qım­dır, mə­nim Və­tə­nim­dir, mə­nim tor­pa­ğım­dır" fi­kir­lə­ri ilə xal­qı­na, döv­lə­ti­nə bağ­lı­lı­ğı­nı ifa­də et­di. Onun dü­şü­nül­müş və məq­səd­yön­lü si­ya­sə­ti ilə Azər­bay­ca­nın gə­lə­cə­yi üçün möh­kəm ba­za for­ma­laş­dı ki, son 20 ilə yaxın dövrdə  bu si­ya­si kur­sun  Pre­zi­dent­ İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­mə­si nə­ti­cə­sin­də Azər­bay­can uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, 30 illik  torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildə qalib ölkə kimi nüfuzunu artırır, yeri və rolunu möhkəmləndirir.