YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-nin məqsədi nədir?!

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

Son günlər ABŞ hökumətinin Azərbaycana qarşı göstərdiyi ədalətsiz münasibət təəssüf doğurmaqla yanaşı, cəmiyyətdə həmin dövlətin yürütdüyü məkrli siyasətə nifrət hissini gücləndirmişdir.
Özünü dünyada “demokratik, insan hüquq və azadlıqlarının təminatçısı” kimi göstərən ABŞ unutmamalıdır ki, artıq elə bir dövr yetişmişdir ki, kimin kim olduğu hərkəs tərəfindən açıq-aydın görünür.
Yaxın keçmişə nəzər salanda görürük ki, Amerikanın dünyada yeritdiyi siyasət heç də sülhə, əminamanlığa, sabitliyə xidmət etmir.
ABŞ hər zaman öz maraqlarından çıxış edərək dünyada qarışıqlıq yaratmağa “töhfələr” verən bir ölkə statusunda ad çıxarmışdır. Yaxın keçmişdə Əfqanıstanda, İraqda, Liviyada, Suriyada və bir sıra başqa ölkələrdə baş verən dövlət çevrilişləri əyani sübutdur. Həmin ölkələrdə baş verən iğtişaşların təşkilatçısı ABŞ olmaqla yüz minlərlə insanların ölümünə, şəhərlərin, kəndlərin dağıdılmasına bais olmuşdur. Bunun müqabilində öz maraqlarını güdərək həmin ölkələrin varidatlarını, sərvətlərini ələ keçirərək istismar etməkdədir.
Əfsuslar olsun ki, ABŞ hökuməti müstəqil siyasət yeridən Azərbaycana qarşı da müxtəlif vaxtlarda belə çirkin əməllərə əl atmışdır. Lakin bunların heç biri baş tutmamış, “arzuları” ürəklərində qalmışdır.
Torpaqları 30 il işğal altında qalan Azərbaycana dəstək olmaq əvəzinə bu gün Amerikanın açıq-aşkar təcavüzkar Ermənistanı dəstəkləməsi ölkəmizdə ikrah hissi doğurur. Ədalətdən, demokratiyadan dəm vuran ABŞ erməni işğalçılarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına mane olmuşdur.
Özlərinin maraq dairəsində olan bir sıra ölkələrin ərazi bütövlüyünü dəstəkləyən ABŞ bir dəfə də olsun Azərbaycanın haqq səsinə səs vermədi. Bölgədə baş verən hadisələrə biganə qaldı, erməni vəhşiliklərinə göz yumdu, Xocalı kimi əsrin faciəsini heç bir şey olmamış kimi qarşıladı. ATƏT-in Minsk Qrupunun həmsədri kimi uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi.
Azərbaycan problemin sülh yolu ilə həlli üçün özündən asılı olan bütün işləri gördü. Lakin bu bir nəticə vermədi, əksinə ermənilər 2020-ci ilin sentyabr ayının 27-də açıq təxribata rəvac verdilər. Belə bir şəraitdə xalqın iradəsi, Azərbaycan rəhbərliyinin qətiyyəti, Müzəffər Ordumuzun şücaəti sayəsində 44 günlük Vətən Müharibəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün Qarabağımızda nəhəng bərpa, quruculuq işləri görülür, minalanmış ərazilərimiz təmizlənir, dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımız yurdlarına qayıdırlar.
Gözləmək olardı ki, özünü “sabitliyin, əminamanlığın, sülhün qarantı" kimi təqdim edən Amerika buna sevinəcək, bölgədə daimi sülhün bərqərar olmasına öz dəstəyini göstərəcək. Təəssüf ki, belə olmadı. ABŞ bu uğurları həzm edə bilmədiyindən bölgədə vəziyyəti gərginləşdirmək üçün dəridən qabıqdan çıxır.
Reallıq budur ki, ABŞ-ın regionda məqsədi sabitliyin pozulması, ermənilərin maraqlarına xidmət edən siyasət yürütməkdən ibarətdir.
Amerika açıq-aşkar bugünkü məkrli siyasəti ilə Ermənistanı “ikinci Ukrayna”ya çevirmək istəyir. Bu isə Ermənistanın məhvindən başqa bir şey deyildir.

DİGƏR Xəbərlər Arxiv