YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonun əsl siması...

Tahir Məmmədov

YAP Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Son vaxtlar ABŞ-nin gizli-aşkar beynəlxalq platformada həyata keçirdiyi siyasətin, necə deyərlər, “quyruğu” görünməkdədir. Bir çox münaqişəli hadisələrə müammalı təsirlər göstərən bu ölkə özü-özünü “demokratiyanın beşiyi” adlandırsa da, siyasi riyakarlığı bütün düşərgələri ilə artıq hər tərəfdən görünür.

Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi toxunulmazlığını dəstəkləyən, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən ABŞ necə oldu ki, nə az, nə çox düz 30 il ərzində müstəqil Azərbaycan Respublikasına tərəf baxıb boylanmadı, heç bir dəstək vermədi. Bizim halal, dədə-baba torpaqlarımız düşmən əlində qalıb inildiyəndə ATƏT MQ həmsədri kimi Amerika Birləşmiş Ştatları nə əcəb bu boyda hadisəyə baxa-baxa seyirçilik mövqeyi tutdu?! Amma Qarabağdakı o qondarma, saxta rejimə mütəmadi olaraq həm maddi, həm də mənəvi dəstək oldu?! Hətta həmin rejimin üzdəniraq nümayəndələrini öz ölkəsinə dəvət edərək, müxtəlif səviyyələrdə saysız-hesabsız görüşlər keçirdilər. Hətta İslamı “sivil dünyanın” əsas düşməni kimi elan etdi. ABŞ-nin islam düşmənçiliyi yaxın Şərqdə nələr etmədi. Əvvəl Əfqanıstanda, sonra isə Liviyada, İraqda onun gizli barmağı ilə kəndlər, şəhərlər məhv edildi, milyonlarla dinc insanlar öldürüldü. Hələ də həmin ölkələr ABŞ siyasətinin yaratdığı xarabazarlığın cəngindən çıxa bilmirlər. Budur saxta “insan haqlarının havadarı” roluna girmiş bir ölkənin siyasi oyunları! İndi də Cənubi Amerika, Afrika, Asiyanın çox hissələri bu xarabazarlıq sevən oyun meydanının içindədir.

Vaşinqton indi də Ağdam-Xankəndi yolunun açılmasının zəruriliyini guya ki, görmür, öz “bacısı” Fransa ilə yanaşı, Qarabağ ermənilərinin reinteqrasiya sürəcinə aman verməyən və Ermənistandakı revanşist gücləri stimullaşdıran bir tərəf qismində öz üzünü göstərir. Görəsən, Ermənistan nə vaxt başa düşüb anlayacaq ki, ABŞ-nin bugünkü hiyləgər manipulyasiyası erməniləri daha dərin bir uçuruma aparır!

                                                                                      

DİGƏR Xəbərlər Arxiv