YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün və təhlükəsizliyin əsas təminatçısı

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Müzəffər Ordumuzun rəşadəti, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi və əsl sahiblərinə qaytarıldı.

Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün ölkə Prezidenti İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular.

Bu tarixi qələbə Azərbaycanın dilbər güşəsi olan  Laçın rayonununda 28 ilik işğalına son qoydu.

Məlum olduğu kimi, 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bu mühüm tarixi hadisə olmaqla yanaşı bir sıra mühüm hərbi-siyasi, strateji əhəmiyyət daşıyır və bu Azərbaycanın Beynəlxalq hüquq normaları ilə tənzimlənən suveren hüququdur.

Xüsusilə qeyd etmək lazımdır ki, bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

Azərbaycan bundan sonra da Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yeni yeni zəfərlərə imza atacaq və suveren dövlət kimi bölgədə və regionda dayanıqlı sülhün bərqərar olmasına öz müsbət töhfələrini verəcək.