YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düzgün və müdrik siyasətin məntiqi nəticəsi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

10 noyabr 2020-ci il üçtərəfli Azərbaycan-Ermənistan-Rusiya Bəyanatla Qarabağ münaqişəsinə son qoyulmuş, Ermənistan kapitulyasiya etmiş və üzərinə bir sıra öhdəliklər götürüb. Ancaq əfsuslar olsun ki, bir neçə öhdəliklər hələ də Ermənistan siyasi rəhbərliyi tərəfindən icra olunmur. Hələ də doğma Qarabağda erməni seperatizmi fəaliyyət göstərir. Bu isə bizim suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı aparılan məkirli siyasətin bir hissəsidir. Bildiyimiz kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Azərbaycan Respublikasının ərazisi olan Laçın-Xankəndi yolunda, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, sərhəd nəzarət-keçid məntəqəsinin quraşdırılması Ermənistanın Laçın-Xankəndi yolu üzərində nəzarətinə və sui-istifadəsinə son qoya biləcək tarixi hadisədir. Ümumillikdə qeyd etmək lazımdır ki, Laçın-Xankəndi yolunda qurulmuş sərhəd nəzarət-buraxılış məntəqəsi Azərbaycanın növbəti uğurudur və əlbəttə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün və müdrik siyasətinin məntiqi nəticəsidir. Sərhəd nəzarət-buraxılış məntəqəsi sərhəddə sülhə, təhlükəsizliyə xidmət edir və əslində hər kəsi Azərbaycanın suverenliyinə, qanunlarına hörmət etməyə çağırır. Digər bir faktı da qeyd etmək lazımdır ki, 30 il əvvəl azərbaycanlılara qarşı qəddarcasına XX əsrin faciəsini törətmiş Vaqif Xaçatryan adlı şəxsin saxlanılması da buna əyani misaldır. Mənfur düşmənlərimizin və onların riyakar havadarlarının bu məsələyə münasibətindən asılı olmayaraq “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı regionun geosiyasi mənzərəsini dəyişdirdi və parlaqlıq Qələbəmizin beynəlxalq aləmdə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.

Ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilib. Ölkəmizin hüdudları daxilində istədiyimiz bölgədə və istədiyimiz qaydada tədbirlər həyata keçirmək bizim hüququmuzdur və bu da beynəlxalq normalara tam uyğundur. Qısa şəkildə proseslərə aydınlıq gətirsək, qeyd edilməlidir ki, Qarabağda olan erməni seperatizmi dərhal ərazimizi tərk etməli, orada olan ermənilər isə bizim qanunlarımıza uyğun şəkildə yaşamalıdır. Əks təqdirdə düşünürəm ki, baş verəcək proseslər məhz onların özlərinə ciddi zərərlər yetirəcəkdir. Çünki bu bizim haqq işimizdir, ədalətə və qanunlara uyğundur.