YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XXXI Ümumdünya Yay Universiadasında və Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərən idmançılar mükafatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində təşkil olunan Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər iki yarışda ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 291 min 200 manat vəsait ayrılıb.

Gənclər və İdman Nazirliyinə idmançılar arasında rəqabətin səviyyəsinə və ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə və ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etmək tapşırılıb.