YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Times of Malta” qəzetində Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməsindən bəhs olunur

“Times of Malta” qəzetində Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun “Bakı-2015” ilk Avropa Oyunları haqqında fikirlərinə yer verilib. Nazir bildirib ki, “Bakı-2015” vasitəsilə yeni idman mədəniyyəti formalaşıb. Əsas hədəflərimizdən biri də Azərbaycanın dünyada tanıdılması idi ki, artıq buna nail olunub.

Yazıda qeyd edilib ki, ki, Avropa Oyunlarında Azərbaycan 50 ölkə arasında medalların sayına görə ikinci yerdə qərarlaşıb. Önəmli idman tədbirlərinə ev sahibliyi edən Azərbaycanda 2016-cı ildə “Formula-1” Avropa Qran-prisi, Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəylik Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu keçiriləcək.

Məqalədə, həmçinin “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin Azərbaycan idmançılarının yarışlardakı uğurlu çıxışları barədə fikirləri yer alıb.