YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı təsdiqlənib

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev avqustun 28-də Sərəncam imzalayıb.

Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və onun icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.

Bundan başqa, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.