YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Daşkənd strateji müttəfiqliyi yeni inkişaf mərhələsində

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycanın türk dilli ölkələrlə, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu günlərdə Azərbaycanda səfərdə olması, çox mühüm sənədlərin imzalanması əməkdaşlığın inkişafı üçün növbəti mərhələnin başlanğıcıdır.

Qeyd edək ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.

Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ötən il iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 181,2 milyon dollara çatıb ki, bu da 52.4 faiz artım deməkdir.

Hər iki ölkə rəhbərinin mətbuata Bəyanatından görünür ki, Özbəkistanla əməkdaşlıq geniş əhatə dairəsinə malik olacaqdır. Mədəniyyət, logistika. Nəqliyyat, rabitə, bir sözlə həyatın ən mühüm sahələrini əhatə edən bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına, strateji müttəfiqliyə qədər yüksələcəkdir.

Prezident İlham Əliyev  bəyanatında demişdir:” Düşünürəm ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı təhlil etdik. Ötən ay Şuşada Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Komissiya qarşılıqlı əlaqə məsələlərinin bütün spektrini ətraflı şəkildə təhlil etdi. Enerji sahəsində yaxşı perspektivlər var. Bizim enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Biz nəqliyyat-logistika sahəsində yük axınının artmasını, ən əsası isə bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Bu gün biz bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər üçün öncədən müəyyənləşdirəcək məsələləri müzakirə etdik.”

İmzalanan sənədlər içərisində ən mühüm sənədlərdən biri də Ali Dövlətlərarası Şuranın yaradılmasıdır. Bu sənəd əslində strateji müttəfiqliyə gedən yolun başlanğıcıdır, desək yanılmarıq. Cənab İlham Əliyevin uzaqgörən siyasətinin gələcəyə istiqamətlənmiş mühüm ideya daşıyıcısı olan bu sənəd az zaman içərisində öz əhəmiyyətini göstərəcəkdir.

Qeyd edək ki, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinə digər qardaş ölkələrlə yanaşı Özbəkistan da dəstək verir. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlamışdı. İndi həmin məktəb binası hazırdır və bu dərs ilində həmin məktəbdə ilk dərslər keçiləcəkdir. Ölkəmizin başçısı cənab İlham Əliyev bunu çox böyük qardaş hədiyyəsi adlandıraraq demişdir: “Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.

Bir neçə gün, daha dəqiq desək, dörd gün bundan əvvəl Füzuli şəhərinin ilk sakinləri - keçmiş köçkünlər doğma yurdlarına qayıdıblar. Artıq yaxın zamanlarda - azı bir aydan sonra uşaqlar Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar.”

Ölkəmizin başçısı hər iki ölkə vətəndaşlarının çox yaxın gələcəkdə bu münasibətlərin əhəmiyyətini və nəticələrini görəcəklərini vurğulayaraq demişdir: “Həmçinin Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər. Əminəm ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və biz onu artırmalı olacağıq.”

DİGƏR Xəbərlər Arxiv