YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Unutmarıq!

Biləsuvar rayon Çaylı kəndində Vətən müharibəsi şəhidi Məmişli Sahil Ağaverdi oğlunun anadan olmasının 32-ci il dönümü münasibətilə mərasim keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşərək, şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərdən və şücaətindən bəhs ediblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün ərzində qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışaraq, Sahil Məmişli və bütün şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıblar.

Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan şəhid Məmişli Sahil Ağaverdi oğlu 21 avqust 1991- ci ildə Biləsuvar rayonun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Məmişli Sahil Ağaverdi oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.