YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkiüzlü erməni siyasəti

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Ermənistanın uzun illər ərzində yeritdiyi separatizm siyasəti, törətdiyi vandalizm əməlləri, Azərbaycanın qədim tarixi abidələrinə, mədəniyyət nümunələrinə düşmən münasibəti artıq bütün dünyaya məlumdur. Bu gün də Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. 44 günlük Vətən müharibəsində də Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub. 44 günlük Vətən müharibəsində Ermənistanın dinc əhalimizi məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, həmçinin  beynəlxalq humanitar hüquqa məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu bir daha nümayiş etdirdi. Ona görə də Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana qarşı hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Ermənilər utanmazlığın və ikiüzlülüyün simvoluna çevriliblər.

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi erməni şousunun kulminasiya nöqtəsi idi. Əlbəttə, cəhdlər bundan sonra da davam edəcək. Ancaq bu şouların heç bir nəticəsi ola bilməz. Ermənistandan və vaxtilə hərbi istila yolu ilə ələ keçirərək 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlını qovmuş və onların geri qayıtmasına imkan verməyən bir terrorçu dövlətin indi Azərbaycanı hansısa humanitar məsələdə ittiham etməyə çalışması çox gülünc görünür. Əslində  bu hadisə BMT-nin onsuzda azalan nüfuzuna kəskin zərbədir. Dünyanın yüzlərlə real problemlərlə, həqiqi aclıq faktları ilə, müharibələrlə üzləşdiyi bir vaxtda olmayan bir məsələni müzakirəyə çıxaran BMT Təhlükəsizlik Şurası ədalətin, hüququn deyil, hansısa ayrı-ayrı maraqların əlaltısına çevrildiyini bir daha sübut etdi. Erməniləri təhlükəli havalara köklənməyə vadar edənlər, regionda daimi sülhün marağında olmayanlardır. Fransa kimi ölkələr problemin birdəfəlik həllinə töhfə vermək üçün deyil, “qaşınmayan yerdən qan çıxartmaq” üçün fəallıq nümayiş etdirir.

Ermənistanın BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardığı “məsələyə” görə dəstək ala bilməməsi Azərbaycan dövlətinin, diplomatiyasının və hərbi gücünün nəticəsidir. Azərbaycan hansısa dövlətin və beynəlxalq təşkilatın bəyanatından və qərarından asılı olmayaraq öz ərazisində separatizmin kökün kəsmək, ərazi bütövlüyünü təmin etmək gücündədir və bu istiqamətdə qarşısına qoyduğu məqsədə çatacaq.

Ermənistanın belə ziqzaqvari siyasi gedişi mümkün sülh variantlarını tükəndirməyə aparır. Bu isə onlar üçün sonun başlanğıcı deməkdir.