YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan nəticə çıxarmalıdır

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan regionda təhlükəsizlik, əməkdaşlıq, rifahın təmin edilməsi təşəbbüsləri ilə daim çıxış edib. 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdırdıqdan dərhal sonra da məğlub Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması təklif edilib. Təssüflər olsun ki, illərlərlə düşmən tapdağı altında qalan torpaqlarımız azad edildikdən keçən üç il ərzində revanşist fikirlərindən hələ də əl çəkməyən Ermənistan hökuməti sülh danışıqlarına ciddi yanaşmadı. Özlərini köməyə ehtiyacı olan məzlumlar kimi təqdim edən, sülhə gedən yolda təxribatlar yaradan erməni faşistləri, onların havadarları sülh istiqamətində gedən prosesləri yubadır, hər cür təxribatlara əl atırlar. Döyüş meydanında aldığı sarsıdıcı zərbələr, siyasi masalardakı ard-arda uğursuzluqlar erməni vandallarının, onların havadarlarının rahatlığını əməli-başlı pozdu.

BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində növbədənkənar iclasında Ermənistanın guya Qarabağda “humanitar böhran”, aclıq, blokada və s. şəraitində yaşamasınından danışılıb. Beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılan BMT Təhlükəsizlik Şurası vaxtilə erməni silahlı birləşmələrinin tam, qeyri-şərtsiz və dərhal Azərbaycan ərazilərindən çıxarılması üçün qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri illərlə kağız üzərində qaldı. Qalib ölkəmiz, Azərbaycan Ordusu bu qətnamələri öz gücünə yerinə yetirdi. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll etdi.

BMT Təhlükəsizlik Şurasının tribunasından məğlubiyyəti ilə barışa bilməyən Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız iddiaları ilə dolu qarayaxma maşını işə düşüb. Əslində, ermənilərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli, çirkin siyasi kampaniyalara heç kim inanmır. Artıq dünyadəfələrlə ermənilərin vandallığının, qanunsuz əməllərinin şahidi oldu. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hökuməti hələ də ümid edirlər ki, məkrli planlarını həyata keçirə bilərlər.

Ermənistan hökuməti 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun “dəmir yumruq” əməliyyatını unudurlar. Məkrli niyyətlərini beynəlxalq aləmə "humanitar böhran", "blokada" şousu kimi sırımağa çalışan rəsmi İrəvanın son planı da iflasa uğradı.

Öz sərhədlərini, dövlət təhlükəsizliyini tam şəkildə müdafiə edən müstəqil, suveren Azərbaycan dünya siyasətçilərinin gözləri qarşısında BMT tribunasından ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təxribat xarakterli və beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanata zidd siyasi kampaniya bir daha ifşa edildi. BMT-nin Təhlükəsizlik Şurasında səsləndirilən fikirlər və nümayiş etdirilən konkret mövqe Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlıq olduğunu açıq-aydın göstərdi.

44 günlük Vətən müharibəsində “Dəmir Yumruq”dan aldığı zərbədən nəticə çıxarmayan rəsmi İrəvan yaxşı olardı ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh müqaviləsinin imzalanması məsələsində konstruktiv mövqe sərgiləsin. Separatizmə dəstək verən bəzi güc mərkəzlərinin dəstəyinə ümid olan Ermənistan hökuməti reallıqlardan, Azərbaycanın diplomatik qalibiyyətindən nəticə çıxarmalıdır.