YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın mövqeyi haqq-ədalətə əsaslanır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Məlum olduğu kimi Azərbaycanın doğma və əzəli torpaqlarının bir hissəsi təcavüzkar ermənilər tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılıb. Baxmayaraq ki, bizim milli məsələmiz olan doğma Qarabağla bağlı dünyadakı bir çox beynəlxalq təşkilatlar bir neçə qətnamələr qəbul edib, bəyanatlar verib ki, bu da məhz erməni təcavüzkarlarının əzəli yurdumuzdan dərhal çıxarılmasını tələb edirdi. Ancaq, faciə budur ki, 30 illik işğal faktı dünyadakı nüfuzlu təşkilatların gözü önündə davam edib. Bu faciəvi duruma baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın siyasi-rəhbərliyinə tarixi şans vermiş, onları sülhə və humanizm prinsiplərinə əsaslanmağa dəvət edib. Görünən o idi ki, Ermənistan əsla bu humanist təkliflə barışmayıb. Nəticə etibarilə Ermənistan təxribatçılarının 2020-ci ilin sentyabrında başlatdığı terror-təxribat aktına qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə tutarlı cavab verildi, düşmənlərimiz 44 gün davam edən müharibədə darmadağın edildi ki, Qarabağımız və ətraf digər rayonlarımız işğaldan azad olundu.

Bu gün Qarabağ ərazisində yaşayan erməni azlıq davamlı olaraq seperatçıların təhriki ilə tarixə və haqq-ədalətə zidd olan fikirlər səsləndirir. Unutmamaq lazımdır ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Çünki, həm tarixi, həm də hazırkı reallıq nöqteyi-nəzərindən bu belədir. Separatizm meyillərinə əsaslan ermənilər bizim Laçında qurduğumuz nəzarət-buraxılış məntəqəsi ilə əlaqədər hər gün dünya ictimaiyyətinə yüzlərlə yalan bəyanatlar və absurd fikirlər səsləndirirlər. Həmin separatçıların ikiüzlü və riyakar havadarları isə beynəlxalq təşkilatlarda humanitar fəlakət altında hay-haray salırlar. İki tarixi faktı bütün dünya qəbul etdiyi kimi, erməni seperatizmi və riyakar havadarları da qəbul etməlidir. Birincisi birmənalı və müzakirəsiz Qarabağ Azərbaycanın əzəli torpağıdır! Məhz bu reallığı Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu döyüş meydanında da sübuta yetirdi. İkincisi doğma Laçında Azərbaycanın qədim diyarlarından biri, əzəli yurdudur. Əgər orada statusundan asılı olmayaraq hərbi, iqtisadi, infrastruktur və digər məsələlərlə bağlı hansısa işlər aparılırsa buna heç bir qüvvə mane ola və ya müdaxilə edə bilməz . Çünki biz öz yurdumuzda istədiyimizi layihəni reallaşdıra, müvafiq işləri icra edə bilərik. Nəzarət-buraxılış məntəqəsi də bu məsələlərə daxildir. Demək ki, sirkdə klounluq edən meymunlar kimi davranan erməni seperatizmi Xankəndindəki erməni azlığını “humanitar fəlakət” adı altında etiraz etməyə təhrik edir. Lakin, məlum fakt budur ki, Xankəndində heç kim ac deyil və humanitar fəlakət yaşanmır. Əksinə çox yaxşı, rahat yaşayırlar, buna baxmayaraq onlar hələ də bizim ədalətli və humanist təklifimizi qəbul etməyiblər. Əgər hansısa humanitar və ya digər yardımlara ehtiyac vardırsa Ağdam-Xankəndi yolu açıqdır.

Elə bir neçə gün öncə cari ilin avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib.Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib. Ümumillikdə isə diqqətə çatdırılıb ki, Ermənistanın “humanitar yardım” adı altında bu cür addımlar atması, əslində ölkəmizin suverenliyinə,ərazi bütövlüyünə ziddir, əsl təxribat aktıdır.

Digər fakt bu idi ki, bəli həqiqətən də Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir.

Deməli ötən illər ərzində Ermənistan siyasi rəhbərliyi bu cür mənfur planlarla məsələnin həllini daha da qəlizləşdirir. Nəinki Ermənistan, hətta onun riyakar havadarları bir faktı unutmamalıdır ki, biz uzun illər boyu Ermənistana sülh təklif etdik, ancaq onlar yenə də öz məkirli planlarından əl çəkmədilər. Nəticədə biz bu təcavüzkarları həm döyüş meydanında, həm də informasiya cəbhəsində ağır məğlubiyyətə uğratdıq. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət ölkəmizi günbəgün daha da gücləndirir. Hesab edirəm ki, Ermənistan siyasi rəhbərliyi onlara verilmiş tarixi şansdan düzgün istifadə etməklə sülh təklifimizi tez bir zamanda qəbul edəcəkdir. Əks təqdirdə  “Dəmir yumruq” yerindədir və hər an revanşist meyillərə əsaslanan erməni seperatizmini məhv edəcək gücə malikdir.