YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri qayğı ilə əhatə olunub

Yevlaxda şəhid ailələri ziyarət olunub. 

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri, Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Mədəd Süleymanov, sədrin birinci müavini, Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov,  sədr müavini, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin və Türk Ağsaqqalları İctimai birliyinin üzvü Natiq Əlisoy əvvəlcə rayonun Kövər kəndində torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra rayonun Kolanlı kəndində yaşayan Birinci Qarabağ müharibəsi şəhidi Tatanov Cəlil Xəlil oğlunun və İkinci Qarabağ müharibəsi şəhidi Səmədli Sənan Fikrət oğlunun ailə üzvləri ziyarət olunub, qayğıları dinlənilib.

Daha sonra tədbir iştirakçıları rayonun Xanabad kəndində İkinci Qarabağ müharibəsi şəhidi İsmayılov Kənan Mənsur oğlunun ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşlərdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən Vətən oğullarının keçdiyi şərəfli döyüş yollarından bəhs edilib.