YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni sülh təşəbbüsü

Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi səslənmiş olan firkirlər, verilən mesajlar, indiki reallıq və qarşıdakı dövr üçün mühüm önəm kəsb edir. Sözsüz ki, bu telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi, dövlətimizin Başçısının fikirlərinə mühüm önəm verməsi, Azərbaycanın regional və qlobal miqyasda güclənin mövqeyinin göstəricisidir. Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə indiki müstəviyə yüksəlib və özünün milli maraqlarını ən yüksək səviyyədə təmin edən bir ölkəyə çevrilib. Eyni zamanda, Azərbaycan Prezidentinin iyulun 22-də Şuşada, Milli Mətbuat günündə “Euronews” televiziyasına müsahibə verməsi mühüm tarixi mənaya malikdir.

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkəmizin başçısı müsahibəsində bir çox məqamlara dair Azərbaycanın mövqeyini ortaya qoydu: “Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış vəziyyətə toxundu. Qeyd etdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd sülh sazişi olmasa da müharibəni dayandırmaq üçün Bəyanatdır. Amma buna baxmayaraq üçtərəfli sənəd əslində Ermənistanın kapitulyasiya aktıdır. Sözsüz ki, bundan sonra yekun sülh sazişinin əldə edilməsi məqsədilə müəyyən təşəbbüslərə ehtiyac var idi. Məhz bu kontekstdə Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Azərbaycanın Ermənistana təklif etdiyi sülh prinsipləri ərazi bütövlüyü, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn müddəalarına əsaslanır. Bu təbii ki, 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq Azərbaycanın yeni sülh təşəbbüsüdür. Çünki Birinci Qarabağ müharibəsinin nəticəsi olaraq bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdu. Amma Azərbaycan bütün bu məsələləri 2020-ci ilin 27-i sentyabrından başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsində döyüş meydanında həll etdi”.

Deputat bildirib ki, müharibədən sonra Azərbaycan bir çox vasitəçilərin təklif etdiyi sülh platformasında aktiv yer alıb: “Bu xüsusda Brüssel, Vaşinqton və Moskva platformalarını qeyd etmək olar. Bu paltformalarda əsas məsələ sülhün prinsipial şərtlərinin tapılması başlıca amil olub. Ölkə başçısı da müsahibəsində vurğulayıb ki, Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapmaq mümkün olar. Ölkəmizin başçısı həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin xarakterinə toxunub. Bununla yanaşı Rusiyanın tərəflər arsasındakı rolundan bəhs edilib. Qeyd olunub ki, Rusiya atəşkəs sazişində, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatında vasitəçisi olub. Təbii ki, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi Azərbaycan üçün böyük fərq etmir. Burada əsas amil sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən tərəfin mövqeyinin dəstəklənməsidir”.

Deputat ölkəmizin başçısının müsahibədə Laçın yolu ətrafında baş verən məsələlərə də toxunduğunu deyib: “Bu yolla bağlı Azərbaycan cəmiyyətinin haqlı tələbinin olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Eyni zamanda bu gün Laçın yolunun bloklanması ilə bağlı səslənən fikirlərin tamamilə əsassız olduğu bildirilib. Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Azərbaycanın Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması ölkəmizin legitim hüququdur. Bu heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Burada buraxılış postu qurulduqdan yəni, aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gələ bilib. Sadəcə olaraq bu yoldan sui-istifadə halları aşkarlandı. Həmçinin buradan istifadə edən Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri üzə çıxdı”.

YAP Təftiş Komissiyasının sədri söyləyib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan ermənilərin də seçim imkanlarının olduğu dövlət başçısı tərəfindən qeyd edilib: “Vurğulanıb ki, bu insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Təbii ki, Prezident İlham Əliyev tərəfindən Ermənistandakı ermənilərə açıq və önəmli mesajların ünvanlanması diqqət mərkəzindədir. Vurğulanıb ki, Azərbaycan sülh istəyir və ölkəmizin Ermənistana qarşı ərazi iddiaları yoxdur. Bununla yanaşı Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüquqları məsələsi gündəmə gəələcək. Reallıq odur ki, Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır”.

Sevinc Hüseynova ölkəmizin başçısı Qarabağda yaşayan erməni icmasının Azərbaycana reinteqrasiyasının da müsahibədə toxunduğu məsələlərdən olduğunu bildirib: “Dövlət başçısı tərəfindən qeyd edilib ki, faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikilməyə başlayanda xalqlar arasında təmaslar yarandı. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub. Bununla yanaşı Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”.