YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilinin qorunması hər kəsin borcudur

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşib: “Dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dövlət dilimiz, ana dilimiz, Azərbaycan dili ölkəmizdə hakim dildir. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz”.

Çıxışlarda vurğulanıb ki, bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Sonra bu il birinci sinifə gedəcək şəhid və qazi övladlarına məktəbli çantası, ləvazimatlar verilib. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin şöbə müdiri qazi Vüqar Fərzəliyev fəxri fərmanla təltif edilib.