YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın faşizm ənənəsi

“Tarixən ermənilər müxtəlif ağır cinayətlərin, kütləvi qırğınların, qətliamların   törədilməsində iştirak ediblər. Bu cinayətlərdə onlar əsasən muzdlu olaraq iştirak ediblər. Eləcə də,  müəyyən xarici qüvvələrin, dövlətlərin əlində alət olublar. Ermənilər üçün bu “ənənə” hazırda da davam edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ermənilər son iki yüz il ərzində azərbaycanlılara və türklərə qarşı qətliamlar, soyqırımılar törədib. 1905-ci il, 1918-ci illərin qırğınları, eləcə də müasir dövrümüzdə Xocalı soyqırımı buna sübutdur. Ermənilər 30 illik işğal dövründə də bir çox hərbi cinayətlər, kütləvi qətillər törədiblər. Bu prosesdə erməni kilsəsi də “ilhamverici” rol oynayıb. Eləcə də ASALA kimi terror təşkilatlarının türklərə, türkiyənin diplomatlarına qarşı cinayətlərini bütün dünyaya məlumdur.

S.Fətəliyevanın sözlərinə görə, hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər.

“Bəs Lissabon 5 nədir? 1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşdülər. Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdı. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışdılar. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdi. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdi. ABŞ Prezidenti bəyan etmişdi: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq”. ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdı. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir”, - deyən Sevinc Fətəliyevanın fikrincə, bu kimi faktlar Ermənistanda terrorçuların qəhrəmanlaşdırıldığını  göstərir. Ona görə də dünya ictimaiyyəti bu məsələyə laqeyd qalmamalıdır.