YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

Xocavənd rayonunda “Heydər Əliyev İli” çərçivəsində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərin, peşəkar hərbi mütəxəssislərin, Vətən müharibəsi veteranlarının və qazilərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və digərləri müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri olduğunu deyib, Ulu Öndərin Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıblar.

Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yolun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları ilə bir cərgədə olmasından, 44 günlük Vətən müharibəsində Ordumuzun göstərdiyi rəşadət, qazanılan tarixi zəfərdən ətraflı bəhs edilib.