YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Astara rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndər əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. Bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi qazisi Rüfət Əsədullayev, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Pensər kənd tam orta məktəb-liseyin direktoru Faiq Həsənov çıxışlarında vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.