YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat şəhid ailəsi ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Qarqucaq kəndində şəhid Aslanov Rəşadın ailəsinin üzvləri ilə görüşüb.

Görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailəsinin üzvləri iştirak edib. Deputat görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri nəzarətə götürüb.

Anar Məmmədov diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman Vətən müharibəsi şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.

Sonda deputat şəhid ailəsinin üzvlərini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirib.