YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumbəşəri xəzinə

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ulu öndər Heydər Əliyev Azərbaycanın mədəniyyət, incəsənət nümayəndələrinə, şair və yazıçılarına xüsusi diqqətlə yanaşırdı. Heydər Əliyev Azərbaycanın dahi klassik şairləri Nizaminin, Füzulinin, Nəsiminin yaradıcılıqlarının bütün dünyada tanınmasında müstəsna rol oynamışdır. Ulu öndər bu dahilərin bəşəri şairlər, onların şeirlərinin, qəzəllərinin ümumbəşəri xəzinə olduğunu dünyaya çatdırmışdır. O, müasir Azərbaycanın şair və yazıçıları, teatr, kino xadimləri ilə görüşər, görkəmli rəssamlarımızın sərgilərində iştirak edərdi. Görüşlərdə ulu öndər teatr tamaşaları bitdikdən sonra səhnə arxasında aktyorlara, yazıçı və şairlərə tamaşa haqqında öz fikrini bildirirdi. Ulu öndər Heydər Əliyevin tamaşa haqqında, eləcə də oynanılan əsər haqqında söylədiyi fikirləri dinlədikdə bu dahi insanın ədəbiyyatı nə qədər mükəmməl bildiyinə heyran olmamaq olmur.

Ulu öndər Heydər Əliyev xaricdə yaşayan həmyerlilərimiz olan görkəmli mədəniyyət və incəsənət xadimlərinə də böyük diqqət ayırırdı. Dünya şöhrətli musiqiçi Rastrapoviç, SSRİ xalq artisti Müslim Maqomayev, xalq rəssamı Toğrul Nərimanbəyov ilə dostluq münasibətləri saxlayar, onları tez-tez Azərbaycana dəvət edərdi. Bu insanları Azərbaycanın ən ali orden və medalları ilə təltif etmişdir. Ulu öndər gənc yaşlarında memar olmaq istədiyini vurğulamışdır. O, öz arzusuna çatmış, dahi memar olaraq müstəqil Azərbaycanın qurucusu olmuşdu.