YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi bölgədə sabitliyin əsasıdır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Azərbaycana səfəri həm ölkə, həm də dünya mətbuatında geniş müzakirə edilir. Hər iki dost ölkənin bu birliyin möhkəmləndirilməsi istiqamətində göstərdikləri səylər davamlılığı ilə diqqətdədir. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər” vurğulayan cənab İlham Əliyev onu da əlavə etdi ki, xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Dünya 44 günlük İkinici Qarabağ müharibəsində, həmçinin postmünaqişə dövründə Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təmələ əsaslandığının bir daha şahidinə çevrildi. Daim bir-birlərinin yanında olan iki dost ölkə atdıqları addımları ilə ədalətin, beynəlxalq hüququn yanında olduqlarını təsdiqləyirlər. Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi və mənəvi dəstəyini daim vurğulayan dövlət başçısı İlham Əliyev ölkəmizin bundan güc aldığını bütün çıxışlarında bildirir. Cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında da “Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm” sözləri ilə bir daha diqqəti həmin dövrün reallıqlarına yönəltdi. 

Səfər çərçivəsində keçirilən geniş tərkibdə görüşdə Prezidentlər müdafiə və müdafiə sənayesi sahələrində gələcək planları müzakirə etdilər. Dövlət başçısı İlham Əliyev bu il 16 birgə hərbi təlimin keçirilməsinin planlaşdırıldığını, onlardan 6-sının  artıq keçirildiyini bildirdi: “Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm.”

O da qeyd edildi ki, bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Azərbaycan bunu 30 illik işğal dönəmində gördü. Aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı.  Nəticəyə gətirib çıxaran ölkəmizin gücü oldu. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki,  bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.

DİGƏR Xəbərlər Arxiv