YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Qürurverici haldır ki, yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır

Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər. Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda olsalar da, qəlbləri daim doğma Azərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağxalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı.

Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunun iştirakçılarına müraciətində ifadə edib.

“İştirakçısı olduğunuz simpozium təbabətin ayrı-ayrı sahələrindəki yeniliklərin paylaşılması və xaricdə məskunlaşmış həkim soydaşlarımızın öz nəzəri və təcrübi bilikləri ilə Azərbaycan səhiyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərə yüksəkixtisaslı tibbi kadrlarımızla birgə töhfələr vermələri üçün potensial imkanların üzə çıxarılması məqsədi daşıyır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti ümidvar olduğunu bildirib ki, simpoziumda tibb elminin çağırışları işığında innovativ metodlardan istifadəni nəzərdə tutan geniş fikir, təcrübə mübadiləsi və dolğun müzakirələr aparılacaq, qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri müəyyən ediləcək.

DİGƏR Xəbərlər Arxiv