YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanovda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı, Elm və Təhsil Nazirliyi nəzdində Gənclərin Respublika Bədii Yaradıcılıq Evi Publik Hüquqi Şəxsi və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxananın birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib.

Əvvəlcə YAP Nərimanov rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tədbir iştirakçılarını Azərbaycan xalqının və dövlətinin taleyində mühüm əhəmiyyətə malik olan Qurtuluş Bayramı münasibətilə təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan geniş bəhs edib.

Tədbirdə YAP Təftiş Komissiyasının üzvü Musa Musayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tarix müəllimi, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dissertantı, YAP-ın fəal üzvü Rasim Rzaxanov çıxış edərək bildiriblər ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığı vurğulanıb.

Sonra YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştiraka görə bir qrup şəxsə fəxri fərmanlar, könüllü gənclərə sertifikatlar, partiyaya yeni üzv olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə Elm və Təhsil Nazirliyi nəznində Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.