YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sərhəd-buraxılış məntəqəsinə Ermənistanın müdaxiləsi Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiadır

Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində qeyd olunub.

“Görünür ki, bu məntəqənin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir.

Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur”, - deyə XİN-dən bildirilib.