YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr müttəfiqlik münasibətlərinə əsaslanır

“Ən çətin dövrlərdə bir-birinə əsl qardaş dəstəyi nümayiş etdirən, qədim və sarsılmaz köklərə malik, dünya ölkələrinə nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı dinamik şəkildə yüksələn xətt üzrə inkişaf etməkdədir. İllərin sınağından çıxaraq dünyada əsl dostluq, qardaşlıq etalonu yaradan Azərbaycan Türkiyə dövlətləri arasındakı əlaqələr müttəfiqlik münasibətlərinə əsaslanır.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığımızın dünyaya nümayişi olmaqla yanaşı ölkələrimiz arasındakı tarixi münasibətlərdə yeni inkşaf mərhələsinin əsası oldu. İki ölkə arasındakı əlaqələr inkşaf edərək ali müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi ölkə liderləri Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir.

Şuşa Bəyannaməsində xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları əks olunmuşdur.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, sülhə yol açan Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdıraraq Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan dövlətləri bir-birlərinin yanında olduğunu, ölkələrin təhlükəsizliyinə, suverenliyinə təhdid olacağı təqdirdə birgə hərəkət edəcəklərini dünyaya bəyan etmiş oldular. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı Azərbaycanın hərbi qüdrətinin daha da artmasına təkan verəcək. Eyni zamanda Şuşa Bəyannaməsinin 1921-ci il tarixli Qars müqaviləsindən düz 100 il sonra Şuşa şəhərində imzalanması dünyaya verilmiş mesajla yanaşı tarixi Qars müqaviləsinin davamı və müqaviləyə sadiqliyin təsdiqidir.

Bəyənnamədə regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər yer alıb ki, bu da ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaqdır.

“Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə arasında hərtərəfli əlaqələrin inkşafı, həmrəyliyimizin və ölkələrimizin mövqeyinin dünya miqyasında daha da güclənməsi ilə yanaşı regionda təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir.