YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi strateji qərarlar

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi ilə müstəqil, suveren bir dövlət idi.1920-ci ildə Cümhuriyyətin varlığına son qoyulsa da müsəlman şərqində ilk demokratik respublika olaraq bugünkü güclü dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
1991-ci ildə isə biz yenidən  müstəqilliyimizi bərpa etdik. Xatırladaq ki, hələ buna qədər - 1990-cı ilin iyulun 22-də xalqımızın xilaskarı Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi.

1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi təkrar meydana çıxdı. Lakin böyük siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi möhkəm təməllər üzərində quruldu. "Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm" deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ümummilli Liderin fəaliyyətinin 1993-2003-cü illəri Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Bu gün də ölkəmizin müstəqilliyi ciddi şəkildə qorunur və Azərbaycan heç bir ölkənin təsir dairəsində olmadan siyasət yürüdərək, öz inkişafı istiqamətində uğurlu addımlar atır. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.  Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Prezident İlham Əliyev Ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 20 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına çalışmışdır.
Bugünkü Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Əldə etdiyimiz tarixi uğurların, qalib xalqa çevrilməyimizin, ərazi bütövlüyümüzü bərpa etməyimizin təməlində vaxtilə Ümummilli Lider Heydər Əliyevin verdiyi tarixi strateji qərarların olduğunu görünür.

Məhz bu siyasət nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər ordusu 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında biabırçı məğlubiyyətə uğradaraq  ərazi bütövlüyümüzü bərpa etdi.