YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çex Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və inanıram ki, birgə səylərimiz nəticəsində biz bu əlaqələri hərtərəfli inkişaf etdirə biləcəyik.

Zati-aliləri, Sizə uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram".

DİGƏR Xəbərlər Arxiv