YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, ölkələrimiz və xalqlarımız arasında çoxillik dostluq, səmərəli əməkdaşlıq münasibətlərinin intensiv inkişafından məmnun olduğumu bildirim.

Azərbaycan Respublikasının milli bayramı ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mükəmməl ikitərəfli münasibətlərin yüksək qiymətləndirilməsini təsdiqləmək və onların gələcəkdə də dinamik şəkildə inkişafını arzulamaq üçün xoş bir fürsətdir".

DİGƏR Xəbərlər Arxiv