YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan Ulu Öndərin xalqımıza tarixi mirasıdır

Daşkəsən rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 24-də YAP Daşkəsən rayon təşkilatı tərəfindən “Nə qədər Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Daşkəsən rayon Şəhidlər xiyabanında qəhrəman Vətənin övladlarının məzarları üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Ümummilli Lider müasir müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin xalqımıza tarixi mirasıdır. Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev söyləyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Müstəqil Azərbaycan var olduqca ümummilli lider Heydər Əliyev də ürəklərdə yaşayacaq.

YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev qeyd edib ki, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır.

Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışında müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyalarının xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə misilsiz töhfələr verdiyini, Azərbaycanı zirvələrə yüksəltdiyini vurğulayıb.

Digər çıxış edənlər də Azərbaycanın müstəqilliyə qovuşmasında, güclü dövlətə çevrilməsində Ulu Öndərin yorulmaz fəaliyyətindən danışıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərman, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv