YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2023-cü il mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə  Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Mərkəzdə gənc fəallara  müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və misilsiz xidmətləri haqqında geniş məlumat verilib, iştirakçılar eksponat, fotoşəkil və kitablarla tanış olublar.

DİGƏR Xəbərlər Arxiv