YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli tennisçi Mələk Hu: Qardaş ölkədə belə möhtəşəm tədbirin keçirilməsindən qürur duyuram

Bakıya artıq ikinci dəfədir gəlirəm. Qısa bir zamanda şəhər tamami ilə dəyişib. Bu gün dünyada belə sürətlə müasirləşən az-az şəhərlərə rast gəlmək olar. Bu gün Azərbaycan yeni bir tarixə imza atır. Bundan sonra dünyanın hər bir yerində Bakı haqqında söz düşəndə insanlar bu bənzərsiz şəhəri ilk Avropa oyunlarının keçirildiyi məkan kimi xatırlayacaq. Bu gün mənim söylədiklərim çoxlarına adi görünə bilər. Lakin bu bir həqiqətdir ki, ilklərə, yeniliklərə imza atmaq hər ölkəyə nəsib olan xoşbəxtlik deyil. Bu baxımdan sevinməyə dəyər. Qardaş ölkədə belə möhtəşəm idman yarışının keçirilməsindən qürur duyuram.

Bu sözləri AZƏRTACA-a müsahibəsində türkiyəli tennisçi Mələk Hu deyib.

Yarışların açılış mərasimindən söz açan türkiyəli idmançı deyib ki, hər şey gözəl hazırlanmışdı. Sadəcə baxmaq və bu bənzərsizliyi hiss etmək lazim idi: “Mənim ən çox xoşuma gələn belə bir idman yarışının fonunda milliliyə böyük ustalıqla üstünlük verilməsidir. Bu mühüm amildir. Gərək belə məqamlarda, dilini, ədəbiyyatını, incəsənətini, bir sözlə nəyə qadir olduğunu nümayiş etdirməyi bacarasan. Bu baxımdan Azərbaycan bütün dünyaya özünü olduqca müasir bir formada təqdim etməyi bacardı”.

Keçirdiyi yarışdan da söz açan Mələk Hu rəqibinin fransalı tennisçi, ikiqat dünya çempionu Karole Qründiş olmasına baxmayaraq, şansının gətirdiyini söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv