YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı Qusar Peşə Liseyində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbirdə giriş sözü ilə çıxış edən Qusar Peşə Liseyinin direktoru İmaməddin Zəkiyev narkomaniyanın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olduğunu deyib, narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov cəmiyyətin sağlamlığının ölkənin gələcəyi üçün müstəsna önəm kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu baxımdan, gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə olduqca əhəmiyyətlidir.

Qusar Rayon Mərkəzi Xəstəxanasının həkimi Rasim Vəzirxanov, Qusar Rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Tural Ələsgərzadə və Peşə liseyinin dərs hissə müdiri Firəngiz Şıxverdiyeva vurğulayıblar ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal olması çox zəruridir.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Narkotik vasitələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub.