YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin əbədiyaşar ideyaları Azərbaycana qələbələr bəxş edir

Binəqədi rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 18-də YAP Binəqədi rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin YAP Binəqədi rayon təşkilatının binası önündə ucaldılan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx  nümayiş olunub.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbiri giriş sözü ilə açaraq müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində böyük uğurlara imza atmasından bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev daim xalqına və dövlətinə xidmət edib, Azərbaycanın tərəqqisi uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzolunmazdır. Ulu Öndər yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında vurğulayıb ki, hələ SSRİ dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu nəsillərə nümunədir.

Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək bildirib ki, Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın maraqlarını daim müdafiə edib, bütün dünyada nüfuzlu, uzaqgörən dövlət xadimi kimi şöhrət qazanıb. Bu gün də Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və ölkəmizi davamlı nailiyyətlərə aparır.

Milli Məclisin deputatı Kamaləddin Qafarov Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Azərbaycanın qüdrətli dövlət kimi inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov qeyd edib ki, hər birimiz bugünkü firavan həyatımız və xoşbəxt gələcəyimiz üçün Ulu Öndərə borcluyuq.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov vurğulayıb ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Ulu Öndərin məqsədyönlü siyasəti sayəsində ölkəmizin tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələri yazılıb.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.