YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda şahmat üzrə rayon turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında mayın 10-16-da şahmat üzrə rayon turniri keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə tər güllər düzülüb. Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Nizami Hüseynov bildirib ki, turnirin keçirilməsində məqsəd Azərbaycanda şahmatın inkişaf strategiyasının əsasını qoymuş Ulu Öndərin əziz xatirəsini yad etmək və bu intellektual idman növünün kütləviliyinə nail olmaqdır.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışıb, ölkəmizdə idman siyasətinin təməlinin və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

İsveçrə sistemi üzrə keçirilən, 4 yaş qrupu üzrə 150 nəfərdən artıq yeniyetmənin iştirak etdiyi turnirdə iştirakçılar fərdi şəkildə mübarizə aparıblar. İlk üç yeri tutan iştirakçılara diplomlar təqdim olunub.