YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha bir qərəzli və qeyri-obyektiv yanaşma…

“Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti növbəti dəfə öz ənənə və ampulasına uyğun olaraq anti-Azərbaycan xarakteri daşıyan hesabat yayıb. Hesabatda Azərbaycanla bağlı hissədə qeyd olunan “fakt”ları heç bir halda qəbul etmək mümkün deyil və bunların qərəzdən ibarət olduğunu qeyd etmək olar. Təəssüf ki, hesabatda Ermənistanla bağlı hissədə də qeyri-obyektiv şəkildə Azərbaycanın əleyhinə fikirlər yer alıb”. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, ABŞ Dövlət Departamenti hələ də Ermənistandan azərbaycanlıların etnik təmizləyə məruz qalması və bu ölkədə elə ermənilər tərəfindən məscidlərimizin dağıdılması faktını görmür: “Ayrıca, məgər ABŞ Dövlət Departamentinin Bakıda erməni kilsəsinin qorunmasından xəbəri yoxdurmu? Yeri gəlmişkən, hesabata etiraz olaraq, Qərbi Azərbaycan İcması haqlı olaraq bəyanat yayıb. Bəyanatda “ABŞ hökumətini Ermənistanı sözügedən azərbaycanlı milli-mədəni irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırırıq”, - deyə fikir yer alıb”.

YAP İdarə Heyətinin üzvü bildirib ki, ermənilər zaman-zaman tarixi torpağımız olan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı deportasiya siyasəti aparıblar. Bu gün Qərbi azərbaycanlıların öz torpaqlarına sülh yolu ilə qayıtması və mədəni inteqrasiyası üçün dəstək gözlədiyimiz halda, əksinə, bir sıra dairələr tərəfindən bu işə maneə yaradan siyasət yürüdülməsinin şahidi olmaq bizi təəssüfləndirir”.