YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh danışıqlarının növbəti raundu...

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Ötən həftə Brüsseldə Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşü baş tutdu. Sülh danışıqlarının növbəti raundu ölkəmizin diplomatik qələbəsi kimi tarixə həkk oldu, Azərbaycanın milli maraqlarına tam cavab verdi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, verilmiş bəyanatlarda "Dağlıq Qarabağ" ifadəsi işlədilmədi, Laçın yolunda qurulan nəzarət-keçid məntəqəsi ilə bağlı Ermənistanın iddiaları qəbul edilmədi.

Ümumiyyətlə, baş verən bütün proseslər bir daha göstərir ki, Azərbaycan  iradəsi ilə qarşıya qoyduğu bütün hədəflərə nail olmaqdadır. Artıq Ermənistan vəziyyəti düzgün dəyərləndirməli və bütün bu proseslərdən nəticə çıxarmalıdır. Rəsmi İrəvan müstəqil siyasət yürüdərək Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir.