YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və azərbaycançılıq salnaməsi”

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “Cavadxan küçəsi 3” ünvanı üzrə (S.Poladi adına 159 №-li tam orta məktəb) ərazi partiya təşkilatında “Heydər Əliyev və azərbaycançılıq salnaməsi” mövzusunda tədbir keçirilib.     

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.               

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının üzvü Vahid Xəlilov, 159 saylı tam orta məktəbin direktoru Gülşən Novruzova, 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova və 247 saylı tam orta məktəbin direktoru Sitarə Abbasova çıxışlarında ulu öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən və xalqına, torpağına olan böyük sevgisindən danışıblar.

Sonra məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulan bir qrup müəllimə üzvlük vəsiqələri təqdim olunub.