YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şəhidin xatirəsi ehtiramla anılıb

Biləsuvar rayonu Amankənd kəndində şəhid Hüseynov Ziyarət Mayıl oğlunun doğum günündə xatirəsinin əbədiləşdirildiyi bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başcısı Aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, şəhid ailələri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər şərəfli döyüş yolu keçən şəhidimizin xatirəsinin daim ürəklərdə yaşayacağını deyiblər.

Mərasimdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları Amankənd kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin ata ocağında ehsan süfrəsi açılıb.  

Qeyd edək ki, şəhid Ziyarət Hüseynov Aprel döyüşlərinin və Vətən müharibəsinin də iştirakçısı olub. Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən o, Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, ölümündən sonra isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.