YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan intellektual oyunun qalibləri mükafatlandırılıb

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun müəllimlər arasında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə birgə təşkil etdiyi “Breyn-Rinq” intellektual oyununun qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun müdir əvəzi Aqil Bəşirov və qalib komandaların üzvləri iştirak ediblər.

Birinci yerə Ağayrı kənd tam orta məktəbin “Şuşa” komandası, ikinci yerə Nərimankənd kənd tam orta məktəbin “Suqovuşan” komandası, üçüncü yerə isə Bağbanlar kənd tam orta məktəbin “Zirvə” komandası layiq görülüb.

Qalib gələn komandalara diplom və hədiyyələr təqdim edilib. Zəhmətabad kənd tam orta məktəbinin “Zəfər” komandası oyunda fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv