YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev azərbaycançılıq məfkurəsinin müəllifidir

Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları, səhiyyə, təhsil müəssisələrinin, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoyub. Ulu Öndər ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram uğrunda birləşdirən milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin müəllifidir. 

Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən Bakı şəhəri üzrə “Şahinlər” hərbi - idman oyunlarında üçüncü yerə layiq görülən rayon məktəblilərindən ibarət komandanın üzvlərinə hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv