YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsini öyrənirik

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında “Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbin növbəti dərsi keçirilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib.

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri İradə Hüseynova vurğulayıb ki, bu gün beynəlxalq müstəvidə nüfuzu ilə seçilən, regionun lideri olan Azərbaycan Respublikasının iqtisadi və siyasi sahələrdə söz sahibinə çevrilməsi ümummilli lider Heydər Əliyev siyasətinin, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinin təntənəsidir.

Daha sonra gənclərin sualları cavablandırılıb.