YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Orxan Novruzəlizadə son mənzilə yola salınıb

Ağstafa rayonunun Vurğun qəsəbəsində Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidimiz Vurğun qəsəbə qəbiristanlığında dəfn olunub. Üçrəngli Azərbaycan Bayrağı şəhidin atası Elxan Novruzəliyevə təqdim edilib.

Qeyd edək ki, Orxan Novruzəlizadə Vətən müharibəsinin iştirakçısı olub. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.