YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan firavan gələcəyə uğurla addımlayır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi bənzərsiz və uzaqgörən siyasət nəticəsində ölkəmiz böyük inkişaf yoluna qədəm qoyub, beynəlxalq nüfuzu sahibi kimi dünyanın lider dövlətləri sırasında qərarlaşıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və strateji tərəfdaş kimi tanınır və bugün regionda əsas söz sahibi olaraq qəbul edilir.  Azərbaycan eyni zamanda bugün həm multikulturalizm, həm də idman ölkəsi kimi tanınır. Beynəlaxlq idman yarışlarına və konfraslara ev sahibliyi edən ölkəmizin gücü və nüfuzu günbəgün artmaqdadır. Azərbaycanının, Qarabağın gözü olan Şuşanın və digər doğma torpaqlarımızın azad olunması ilə Azərbaycan qüdrətli dövlət olduğunu və öz haqq işində Zəfər qazandığını bütün dünyaya nümayiş etdirmiş oldu. Həm doğma Qarabağda, həm də digər bölgələrimizdə beynəlxalq konfraslar təşkil edilir, dünya dövlətlərinin xüsusi nümayəndələri bu tədbirlərdə iştirak edir, ümumilikdə bütün bunlar Azərbaycanın sülh,birlik,humanizm prinsiplərinə əsaslandığının və dünyada da sülhün və mehriban dostluq əlaqələrin qurulmasına verilmiş böyük töhfənin göstəricisidir.

Cari ilin 3 may tarixində ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Cənab Prezident həmişə olduğu kimi geniş,məzmunlu və əhatəli çıxışı ilə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin əvəzolunmaz lider kimi xalqımızın yaddaşında əbədi olaraq həkk olunduğunu,həmçinin bir sıra vacib məsələləri ictimaiyyətin diqqətinə çatdırıb. Dahi Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Beləliklə, əlbəttə ki, onun xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək. Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq.

Bəli, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad olundu və ümumilikdə erməni təcavüzkarlığına son qoyuldu. Son mərhələdə cənab Prezident Erməsnistana tarixi bir şans verərərək, onlara sülh təklifi irəli sürdü ki, bu da məhz regionda əbədi sülhün təmin olunması istiqamətində atılmış ən mühüm addımdır. Prezident İlham Əliyevin müdrik fikirlərindən məlum olur və ümumilikdə dünyaya bir mesaj göndərilir ki, dünya dövlətləri sülh və harmoniya şəraitində yaşamalıdır. Azərbaycanda milli azlıqların çox olmasına baxmayaraq ölkəmizdə sabitlik, firavanlıq höküm sürür. Çünki Azərbaycanda insan və vətəndaş hüquqları layiqincə təmin edilir, vətəndaşlara diqqət və qayğı göstərilir, insanlar təhlükəsiz şəraitdə yaşayırlar. Eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə dostluq və qardaşlıq münasibətləri olduğu kimi, dünyanın bir çox dövlətləri ilə də möhkəm dostluq və sıx əməkdaşlıq əlaqələri vardır. Ona görə ki,Azərbaycan Prezidentinin milli maraqlarımız naminə həyata keçirdiyi siyasət bənzərsizdir. Cənab Prezidentin sözünün imzası qədər dəyərli olması ölkəmizin xarici və daxili məsələlərlə əlaqədar gördüyü işlərdə özünü daha aydın təcəssüm etdirir və Azərbaycan inamla, İlhamla firavan gələcəyə doğru uğurla addımlayır!